Avropa çempionumuzun yığmada iştirakı sual altına düşüb
26.10.2010 - 14:41
Taekvondo üzrə yığmamızın üzvü Təvəkkül Bayramov oktyabrın 30-da Bakıda start götürəcək komandalararası Avropa çempionatını buraxa bilər. Bu barədə apasport.az saytına məlumatı kişilərdən ibarət milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev verib.
Onun sözlərinə görə, zədədən əziyyət çəkən Avropa çempionumuzun döyüşə çıxması üçün bütün lazımı tədbirlər görülür. Lakin Bayramovun heyətdə yer alacağı hələ tam dəqiqləşməyib: “Komandamızın həkimləri Təvəkkülün zədəsinin sağalması üçün tədbirlər görürlər. Onun yarışa qatılacağına isə ümid azdır. Bunun üçün çox güman ki, onu əvəzləyəcəyik. Bu isə Bayraməli Vəliyev və ya Ramin Əzizov ola bilər”.
Qeyd edək ki, “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək komandalararası Avropa çempionatı 2 gün davam edəcək.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0