“Məqsədimiz çempion olmaqdır”
26.10.2010 - 14:54
“Komandamızın hazırlığını yüksək qiymətləndirirəm. Bakıda uğurlu çıxış edəcəyimizə inanıram”. Bu sözləri apasport.az saytına açıqlamasında taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Ələkbər İmaməliyev deyib.
Bakıda oktyabrın 27-28-də açıq Azərbaycan çempionatı və 30-31-də komandalararası Avropa çempionatı təşkil ediləcək. Bu məqsədlə “Şağan” Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olan taekvondoçularımız son hazırlıqlarını keçirlər. İmaməliyev bildirib ki, komandalararası Avropa çempionatında 1 dəfə gümüş və 2 dəfə bürünc medal qazanan Azərbaycan komandası bu dəfə medalın əyarını qızıla dəyişmək arzusundadır: “İdmançılarımız yarışa ciddi hazırlaşıblar. Turnirdə uğurla çıxış etmək istəyirik. Əsas rəqiblərimiz sırasında İspaniya, Türkiyə, Almaniya və Rusiya komandalarının adlarını çəkə bilərəm. Lakin bizim məqsədimiz yarışı çempion kimi başa vurmaqdır. İnanıram ki, təlim-məşq toplanışlarında çəkdiklərimiz əziyyətin bəhrəsini komandalararası Avropa çempionatında görəcəyik”.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0