1 qızıl, 1 gümüş və 2 bürünc
02.11.2010 - 10:32
Azərbaycan yığması Türk Dünyası Universitetlərinin I İdman Oyunlarında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Apasport.az saytının məlumatına görə, voleybol yığmamızdan sonra milli komandamız daha üç medala sahib olub.
Belə ki, Türk Dünyası Universitetlərinin İdman Oyunlarında ən yaxşı nəticəni şahmat komandamız göstərib. Onlar bütün rəqiblərini mat qoyaraq, qızıl medala sahib olublar. Zəka sahiblərimizdən fərqli, qızlardan ibarət stolüstü tennisçilərimiz yalnız Türkiyədən geri qalaraq, fəxri kürsünün 2-ci pilləsində yer alıblar. Oğlan tennisçilərimiz isə yarışı 3-cü yerdə bitiriblər.
Qeyd edək ki, Azərbaycan medal qazanan ölkələrin siyahısında III pilləni tutub. İlk yerə 3 qızıl və 3 gümüş medalla Türkiyə sahib olub. II pillədə isə 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan Qırğızıstan tələbələri qərarlaşıblar.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0