Almaniya yığmasında yeni simalar
10.11.2010 - 12:09
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığması heyətini təcrübəsiz gənclərlə zənginləşdirəcək. Apasport.az saytının məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv “Maynts”da oynayan Andre Şurrle, Lüis Holtbi və Dortmund “Borussiya”sının üzvü Mario Getzeni milliyə dəvət etməyə qərar verib.
Çoxları bu futbolçuların kifayət qədər təcrübəyə və hazırlığa malik olmadığını iddia edərək, baş məşqçini tənqid edir. Lakin Löv fərqli düşünür: “Deyirlər ki, yığmaya çağırılmaq üçün 2-3 il milli çempionat təcrübəsi olmalıdır. Mən bu fikirlə razı deyiləm. Əgər oyunçu hazırdırsa və tələblərimizə uyğun gəlirsə, onun pasportuna niyə baxıram?”

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0