“Məşuqə sözünə nifrət edirəm” - FOTOSESSİYA
10.11.2010 - 16:20
Argentina yığmasının sabiq futbolçusu Xavyer Saviola yeni eşqə düşüb. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Barselona” və “Real” klublarındakı çıxışları ilə məşhurlaşan cənubi amerikalı hücumçu 18 yaşlı model Romanella Amato ilə eşq macərası yaşayır.
Sabah 29 yaşını qeyd edəcək futbolçu sevgilisi ilə keçirəcəyi bu özəl bayramına xüsusi hazırlaşıb. Belə ki, “Dovşan” ləqəbli argentinalı Romanella üçün çox qiymətli hədiyyə alıb. Sevgilisinə öz ad günündə evlilik təklif edəcəyi gözlənən Saviolanın artıq yeni ilədək toy şənliyi keçirmək fikri var.
Açıq-saçıq şəkilləri ilə dünyanın diqqətini cəlb edən gözəlçə isə futbolçu ilə münasibətlərinə sərt şəkildə aydınlıq gətirib: “Kim deyir ki, mən onun məşuqəsiyəm? Mən məşuqə sözünə nifrət edirəm. Məşuqəsi olmaq ayrı, onun rəfiqəsi olmaq ayrı. Elə mən də Saviolanın rəfiqəsiyəm. Məşuqələr isə bütün futbolçularla gəzirlər. Bu, lap dəhşətlidir”.
Qeyd edək ki, yığmada 39 oyuna 11 qol vuran Saviola hazırda Portuqaliyanın “Benfika” klubunda çıxış edir.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0