Yığmamızın 2 üzvü zədələndi
25.11.2010 - 19:00
Rəşad Əhmədovla Təvəkkül Bayramov Parisə aparılmadı
Taekvondo üzrə kişi və qadınlardan ibarət Azərbaycan milli komandası Fransanın paytaxtı Parisə yollanıb. Yığmamızın baş məşqçisi Ələkbər İmaməliyevin Lent.az-a verdiyi məlumata görə, komandamız noyabrın 26-da start götürəcək Fransanın açıq çempionatında çıxış edəcək.
Olimpiya çəki dərəcələri üzrə keçiriləcək turnirdə ölkəmizi 4 kişi, 5 qadın taekvondoçu təmsil edəcək. Kişilərin mübarizəsində Samir Aydınov (58 kq), Fariz Əliyev, Elvin Məmmədov (hər ikisi 68 kq), Ramin Əzizov (80 kq), qızların yarışında isə Xəyalə Quliyeva, Türkanə Tahirli (hər ikisi 49 kq), Səbinə Mikayılova (57 kq), Günay Ağakişiyeva (67 kq) və Yelena Abbasova (+67 kq) qüvvəsini sınayacaq.
İmaməliyev bildirib ki, öncədən yarışda aparıcı taekvondoçularımız Rəşad Əhmədovla Təvəkkül Bayramovun da iştirakı nəzərdə tutulub. Lakin son təlim-məşq toplantısında Əhmədov əlindən, Bayramov isə ayağından xəsarət aldığı üçün turnirdən kənarda qalıblar.
Qeyd edək ki, Fransanın açıq çempionatı 2 gün davam edəcək.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0