“Biz tarixin ən yaxşısı deyilik”
04.12.2010 - 01:37
Bazar ertəsi əzəli rəqibi "Real"ı darmadağın edən "Barselona"nın baş məşqçisi Xosep Qvardiola onları göylərə qaldıran mətbuat barədə elə mətbuatın özünə danışıb. Apasport.az saytının xəbərinə görə, gənc çalışdırıcı bunun düzgün olmadığını, onları ən yaxşı kimi qələmə verənlərin düzgün fikirləşmədiyini deyib: "Biz tarixin ən yaxşısı deyilik. Düzdü, bazar ertəsi oynadığımız matçdan sonra bunu demək asandı, amma reallığı əks etdirmir. Sakkinin "Milan"ı, Di Stefanonun "Real"ı, Kroyfun "Barsa"sı və s. bizdən daha yaxşı idi. Bu komandalarla müqayisə olunmağımız olduqca gülüncdü. "Real"la aramızdakı məsafə elə də böyük deyil. Artıq əvvəlkindən də təhlükəlidilər, çünki geridə olduqları üçün bizə çatmağa çalışacaqlar. İki xallıq fərq elə də böyük üstünlük deyil".
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0