Yevgeni Kotov: Azərbaycan yığmasının baş məşqçisi olmağa hazıram
17.12.2010 - 16:06
“Mən qərarımı vermişəm. Bu barədə Azərbaycan Boks Federasiyasının vitse-prezidentləri ilə ətraflı söhbət etmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Baku Fires”in baş məşqçisi Yevgeni Kotov deyib.
Boks üzrə Azərbaycan yığmasına baş məşqçi təyin ediləcəyi gündəmdə olan rusiyalı mütəxəssis bildirib ki, son qərarı gözləyir: “Mən bu postu tutmağa hazıram. Son qərarı Boks Federasiyanın prezidenti Kəmaləddin Heydərov verəcək”.
Xatırladaq ki, milli komandamızın kubalı məşqçiləri - Xesus Yu Polier və Lazaro Ximenes Martinesin müqavilələri uzadılmadığından vətənlərinə yollanıblar.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0