Liderlər büdrəmir
23.12.2010 - 11:00
Bakı İdman Sarayında boks üzrə Azərbaycan çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə də müxtəlif çəki dərəcələrində ilkin mərhələnin görüşləri keçirilib.
Qələbəyə namizədlərdən yalnız 2009-cu ildə Milanda keçirilmiş dünya çempionatında iştirak etmiş Nihat Seyidov (56 kq) mübarizəni dayandırıb. O, Elnur Əliyevə 1:9 hesabı ilə uduzub. Digər favoritlərdən Samir Məmmədov (56 kq), Elvin İsayev (60 kq), Ruslan Qasımov (60 kq), Heybətulla Hacəliyev (60 kq), İmil İksanov (60 kq), Əhməd Dzaurov (64 kq), Sadiq Eynullayev (69 kq), Rahib Bəylərov (75 kq), Teymur Məmmədov (91 kq) və Hafiz İsgəndərov (91 kq) görüşlərini qələbə ilə başa vurublar.
WSB liqasında “Baku Fires”in heyətində mübarizə aparan Rəhim Nəcəfov (56 kq) isə mübarizəsiz növbəti mərhələyə yüksəlib. Onun rəqibi Masallı boksçusu Saleh Şəmiyev rinqə çıxmaqdan imtina edib.
Xatırladaq ki, Azərbaycan çempionatına dekabrın 26-da yekun vurulacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0