TAF prezidenti: Ramil Quliyevə cəza verilə bilməz!
30.12.2010 - 11:14
Türkiyə Atletika Federasiyasının (TAF) prezidenti Mehmet Terzi Azərbaycan atleti Ramil Quliyevin vətəndaşlığını dəyişməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, federasiya başçısı vurğulayıb ki, “Fənərbaxça”nın şərəfini qoruyan Quliyevin milli komandasını dəyişməsi arzusu təzyiqlərlə qarşılanıb.
O, belə halın baş verəcəyi halda, Quliyevin cəzalana biləcəyini inkar edib. Terzinin sözlərinə görə, Azərbaycandan Türkiyə Atletika Federasiyasına göndərilən məktublarda da bu xoş qarşılanmayıb: “Quliyevin cəza söhbəti ilə bağlı bizə hər hansısa məlumat daxil olmayıb. Lakin bunu deyə bilərəm ki, azərbaycanlıların onun vətəndaşlığını dəyişmək fikrinə münasibəti mənfidir. Onlar bizə yolladıqları məktublarda da belə bir halı yaxşı qarşılamadıqlarını ifadə ediblər”.
Terzi ilə yanaşı, “Fənərbaxça”nın atletika şöbəsinin kapitanı Fikrət Çətinqaya da türkiyəli həmkarlarımıza Quliyevə təzyiqlər edildiyini deyib: “Azərbaycan tərəfindən idmançıya təzyiqlər etdiyi barədə məlumatlıyıq. Amma onların Quliyevə cəza verməyə haqları yoxdur”.
Qeyd edək ki, Ramil Quliyev Azərbaycan yığmasından imtina etmək niyyətindədir. Lakin bu rəsmiləşməyib. Çünki hələ atletimizin çıxış etdiyi “Fənərbaxça” klubunda da onun Azərbaycan vətəndaşı olduğu göstərilir.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0