Azərbaycan yığmasının sabiq baş məşqçisi axtarışda
14.01.2011 - 14:13
Uşu-sanda üzrə ikiqat dünya və Avropa çempionu, Azərbaycanın uşu-sanda yığmasının keçmiş baş məşqçisi Canpolad Budaqovun barəsində axtarış elan edilib. Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, C. Budaqov Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinir. O, ötən il xuliqanlıq əməli törətməkdə təqsirli bilinərək, barəsində cinayət işi başlanıb. Lakin C. Budaqov Azərbaycanda olmadığından onun barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib. C. Budaqovun hazırda Rusiyada olduğu bildirilir.
Qeyd edək ki, Canpolad Vəli oğlu Budaqov 1971-ci ildə Gürcüstan Respublikasında anadan olub. O, uşu-sanda üzrə ikiqat dünya və Avropa çempionu, Azərbaycanın uşu-sanda yığmasının baş məşqçisi olub. C. Budaqov 2007-ci ildə narkotik vasitələrin qanunsuz hazırlanması və istifadəsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu ildə həbsdən azad edilib.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0