Ruslan Abbasov Rusiyaya yollanır
18.01.2011 - 10:05
Yanvarın 22-də Rusiyanın Volqoqrad şəhərində atletika üzrə Qubernator kubokunda iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2000-ci ildən keçirilən yarışda milli komandamız 5 idmançı ilə təmsil olunacaq.
Rusiyada atletlərimizdən Murad İbadullayev, Valentin Bulıçev, Ruslan Abbasov, Hakim İbrahimov və Həbib Həsənov mübarizə aparacaq.
Qeyd edək ki, yığmamızın baş məşqçisi Məhərrəm Sultanzadə paralimpiyaçılarımızla dünya çempionatına yollandığından Rusiyada milli komandamıza Nazim İsrafilov rəhbərlik edəcək.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0