Rumıniya yığması Bakıya iddialı gələcək
05.02.2011 - 17:49
“Azərbaycanda keçiriləcək dünya çempionatına ciddi hazırlaşırıq. Həmin turnirə böyük ümidlərimiz var”. Apasport.az saytının məlumatına görə, bu sözləri boks üzrə Rumıniya milli komandasının baş məşqçisi Dorel Simion deyib.
O, 2012-ci ildə Londonda keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyacaq və Azərbaycanda təşkil olunacaq dünya çempionatı haqda fikirlərini bildirib: Azərbaycandakı yarışda olimpiadaya 2-3 lisenziya qazanacağımıza ümid edirəm. Bütün ürəyimlə bunu arzulayıram. Bunu bacardıqdan sonra Londonu düşünəcəyik. Mənə elə gəlir ki, olimpiadada nəinki mükafatçılar sırasına düşməyə nail olarıq, hətta çempionluq da yaşayarıq”.
Qeyd edək ki, Bakıda keçiriləcək yarış bu ilin sentyabr-oktyabr aylarında baş tutacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0