Taekvondoçularımız İsveçdə 8 medal qazandılar
07.02.2011 - 14:57
Yeniyetmələrdən ibarət taekvondo yığmamız İsveçdən 8 medalla qayıdır. Apasport.az saytının məlumatına görə, Dünya Taekvondo Federasiyası (WTF) və Avropa Taekvondo Birliyinin (ETU) “A” dərəcəli XX “Trelleborq Open” beynəlxalq turnirində ilk dəfə iştirak edən idmançılarımız 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.
Komandamızın heyətində Anar Mehtiyev (33 kq), Babək Əjdərli (37 kq) və Aliyə Zeynalova (29 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finalda Mehtiyevə uduzan digər təmsilçimiz Tağı Tağızadə (33 kq) və qızların mübarizəsində Leyla Cəfərova (33 kq) gümüş medal qazanıblar. Uğurla çıxış edən digər taekvondoçularımız - Mahmud Həsənov (41 kq), Nicat Fərəcov (53 kq) və Mirxanım Ağayeva (41 kq) turniri 3-cü pillədə başa vurublar.
Qeyd edək ki, ənənəvi turnirdə bu dəfə 41 ölkədən 150 komandanın heyətində 1000-dən artıq idmançı mübarizə aparıb. Yeniyetmələrin baş məşqçisi Məmməd Abdullayevin rəhbərlik etdiyi yeni heyətdən ibarət seçmə komandamız bu göstərici ilə “Trelleborq Open”i ən yüksək nəticə göstərən komandalar arasında başa vurub.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0