Yığmamızın heyəti açıqlandı
14.02.2011 - 16:00
Fevralın 16-da Bolqarıstanda boks üzrə sayca 62-ci beynəlxalq “Strandja” turnirinə start veriləcək. Boks Federasiyasından apasport.az saytına verilən xəbərə görə, yarışda Yevgeni Kotovun rəhbərliyi altında milli komandamızın üzvləri də mübarizə aparacaqlar.
Rusiyalı mütəxəssis Bolqarıstan turnirində daha çox 2 nömrələri sınamağı qərara alıb. Bununla belə, heyətə son Azərbaycan çempionatının qalibləri – Tamerlan Abdullayevlə (64 kq), Fərid Paşayev də (91+kq) daxil edilib. Gənclər arasında Dünya birinciliyinin qalibi Şaban Şahpələngov (52 kq) və yeniyetmələrin ilk Olimpiya Oyunlarının gümüş mükafatçısı Elvin İsayev də (60 kq) məşqçilərin etimadını doğrultmağa çalışacaqlar.
Uzun illər milli komandamızın kapitanı olmuş Emil Məhərrəmov (69 kq), Elnur Əliyev (56 kq), və Sərxan Cabbarov da yığmamızın heyətində yer alıblar. Yarışa fevralın 19-da yekun vurulacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0