Rəsmən Azərbaycan yığmasında!
15.02.2011 - 14:40
Bolqarıstanlı ağırlıqqaldıran Flamena Lyubenova bundan sonra Azərbaycan yığmasının şərəfini qoruyacaq. Bu barədə apasport.az saytına məlumatı Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov verib.
Onun sözlərinə görə, 17 yaşlı əcnəbi məşqçilər korpusu tərəfindən bəyənildiyindən onun milliləşdirilməsi prosesi yekunlaşıb: “Bu atletin bütün sənədlərini qaydaya salmışıq. Artıq rəsmən Azərbaycan pasportu daşıyır. Flamenaya ümidimiz böyükdür. Onun hələ 17 yaşı var, gözəl perspektiv vəd edir. İnanırıq ki, atletimiz gələcəkdə bizi öz uğurları ilə sevindirəcək”.
Əsgərov bildirib ki, qadınlardan ibarət milli komandamızın formalaşması üçün belə addımlar davam edəcək.
Xatırladaq ki, Lyubenovadan öncə bolqarıstanlı Silviya Angelova da milliləşdirilərək komandamıza cəlb edilmişdi.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0