“Azərbaycan yığmasını keçəcəyimizi gözləyirəm”
15.02.2011 - 16:01
“Avro-2012-nin seçmə mərhələsinin qarşıdakı oyunlarından qələbələr və vurulan qollar gözləyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan millisinin baş məşqçisi Miroslav Beranek deyib.
Qazax həmkarlarımıza müsahibə verən çexiyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasını arxada qoyacaqlarını gözlədiyini açıqlayıb: “Ən əsası isə gözləyirəm ki, rəhbərliyin qarşıma qoyduğu vəzifənin – Azərbaycan yığmasını arxada qoyub, 5-ci olmağın öhdəsindən gələcəyik. Eyni zamanda, futbolçuların güclənməsini, öz qüvvəsinə inanmasını və yığmanın irəliləyişə başlamasını istəyirəm”.
Qeyd edək ki, hazırda yığmamız seçmə mərhələdə 3 xal toplayıbsa, Qazaxıstan yalnız məğlubiyyətləri sıralayıb.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0