Milli komandamız Dünya kubokuna 11 cüdoçu ilə yollanır
21.02.2011 - 11:54
Fevralın 26-27-də Polşada keçiriləcək Dünya kubokunda iştirak edəcək Azərbaycan cüdo yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Varşavada baş tutacaq yarışda yığma komandanın məşqçisi Hacıağa Hacıəhmədov və məşqçi Tərlan Həsənovun rəhbərliyi altında 11 idmançımız mübarizəyə qatılacaq.
Milli komandamızın üzvlərindən Vüqar Şirinli, Asim Xələfov (hər ikisi 60 kq), Bəhram Zərbiyev, Asim Qocayev (hər ikisi 66 kq), Eldar Qasımov (73 kq), Elxan Rəcəbli (81 kq), Sain Məmmədovla (100 kq) yanaşı, Almaniyanın Düsseldorf şəhərində Qran-Pri yarışına qatılan daha 4 cüdoçumuzun – İlqar Müşkiyev (60 kq), Rinat Mirzəliyev (73 kq), Ramin Qurbanov (90 kq) və Emil Tahirov (+100 kq) Dünya kubokunda ölkəmizin idman şərəfini qoruyacaq.
Qeyd edək ki, son 4 idmançının Almaniyadan birbaşa Polşaya yola düşəcəkləri gözlənilir.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0