“Baku Fires” rusiyalı boksçu ilə müqavilə imzaladı
03.03.2011 - 13:38
WSB liqasında ölkəmizi təmsil edən “Baku Fires” klubu heyətinə yeni boksçu cəlb edib. Apasport.az saytının məlumatına görə, paytaxt komandası bu gün rusiyalı Sergey Xaritonovla rəsmi müqavilə imzalayıb. Onun “Baku Fires”in martın 19-də Çinin “Beijing Dragons” klubu ilə döyüşdə debüt edəcəyi gözlənilir.
30 yaşlı Xaritonov boksda yeni deyil. Beynəlxalq dərəcəli usta Rusiya çempionatının gümüş mükafatçısı olub.
O, 2003-cü ildə Tacikistan yığmasının şərəfini də qoruyub. Afina Olimpiadasına lisenziya uğrunda mübarizə aparıb. Lakin Asiya seçmə yarışının finalında uduzduğundan Yunanıstana yollana bilməyib.
Qeyd edək ki, çəkisi 113,5 kq olan boksçu, həmçinin sambo, qaydasız döyüş, kikboksinq və tayboksla məşğul olub. O, bu idman növlərində isə kifayət qədər titul qazanıb.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0