Camal Rəhimov Bakıda uğursuzluqla üzləşdi
11.03.2011 - 10:22
“Sərhədçi” Atçılıq Mərkəzinin qapalı manejində start götürən atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı “Novruz cup” adlı Dünya kubokunun təsnifat mərhələsinin ilk gününün qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, gərgin idman mübarizəsi şəraitində keçən yarışda çempion adına rusiyalı Gennadi Qasibeyazov layiq görülüb. O, “Papirus” və “Kalinka” ləqəbli atlarla ilk 2 yeri tutub.
Bürünc medal isə həmyerlimiz Hikmət Musayevə qismət olub. Təmsilçimiz “Light Limerik” ləqəbli atla ilk “3-lüyü” qapayıb.
Həmin yarışda Camal Rəhimov və Seyid Musayev də mübarizə aparıblar. Lakin onların ilk cəhdləri uğurlu alınmayıb.
Qeyd edək ki, Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan, Bolqarıstan və Monqolustan çaparlarının da mübarizə apardığı “Novruz cup”a sabah yekun vurulacaq. 69 min avro mükafat fondu olan turnirdə bu gün vaxta qarşı yarış, martın 12-də isə Grand Prix-Final yarışları təşkil olunacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0