Ramil Quliyev: 32 illik rekordu qırmaq istəyirəm
26.03.2011 - 12:24
“Karyeramda ilk yarışım ulduzlar arasında dünya çempionatı olub. Həmin yarışda II oldum və baş düşdüm ki, atletikada uğur qazana bilərəm”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.
Milli komandamızdan imtina edərək Türkiyə yığmasını seçən 20 yaşlı atlet “Fənərbaxça”nın heyətində yeni rekord qırmağı arzulayır. O, Türkiyə mətbuatına açıqlamasında bildirib ki, tezliklə bu arzusunu reallaşdıracaq: “Sarı-lacivərdli formanı geyinməklə fəxr duyuram. Burada çox xoşbəxtəm. Yeni uğurlar üçün addımlayıram. Kumirim amerikalı Mixael Consondur. Həmişə onun kimi qaçmaq istəyirəm. Əsas məqsədim isə 200 metr məsafəyə qaçışda dünya rekordunu qırmaqdır. İtaliyalı atlet Pietro Mennea 1979-cu ildə finiş xəttinə 19,72 saniyəyə çatmaqla birinciliyi hələ də əlində saxlayır. 32 illik bu rekord isə artıq ona bəsdir”.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0