Elxan Məmmədov milli komandanı yenə tək qoymadı
27.03.2011 - 00:17
AFFA-nın baş katibi Elxan Məmmədov Belçikaya yollanıb. Apasport.az saytının Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, Məmmədov bu il Avro-2012-nin seçmə mərhələsi çərçivəsində ilk rəsmi oyununu martın 29-da səfərdə Belçika yığması ilə keçirəcək milli komandamızı tək qoymayıb.
Baş katib əvvəlki oyunlarda olduğu kimi, yığmamızın yanında olaraq, mənəvi dəstəyini əsirgəmir, təşkilati işlərə rəhbərlik edir. AFFA prezidenti Rövnəq Abdullayevin martın 29-da keçiriləcək rəsmi görüşü izləməyə gələcəyi hələ dəqiqləşməyib.
Mehman SÜLEYMANOV

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0