Elnur Məmmədli Avropa çempionatında
05.04.2011 - 12:58
Apelin 21-də Türkiyənin İstanbul şəhərində start götürəcək cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız yarışa baş məşqçisi Ağayar Axundzadə, məşqçilər Hacıağa Hacıəhmədov və İbadulla Şahbanovun rəhbərliyi altında 13 idmançı ilə yollanacaq.
Cüdoçularımızdan İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov, Samir Dadaşzadə (hər ikisi 66 kq), Rinat Mirzəliyev, Ramil Qasımov (hər ikisi 73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov, Sain Məmmədov (hər ikisi 100 kq), Emil Tahirov (+100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) Azərbaycan bayrağını yüksəltmək üçün tatamiyə çıxacaqlar.
Qeyd edək ki, Avropa çempionatına aprelin 23-də yekun vurulacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0