Qazağıstan yığmasında növbəti itki
30.05.2011 - 09:47
Qazaxıstan milli komandası daha bir itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, iyunun 3-də Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Astanada Azərbaycan yığmasını qəbul edəcək qazaxlar Sergey Lisenkovun xidmətindən məhrum olublar.
“Aktobe”nin şərəfini qoruyan hücumçu ölkə çempionatının hesabat turunda “Kayrat”la qarşılaşmada zədələnib.
“Aktobe”nin mətbuat xidmətinin rəhbəri Marat Cumabayev bildirib ki, 19 yaşlı Lisenkovun müalicəsi ilə yığma həkimləri məşğul olacaqlar və onun Azərbaycanla görüşdə meydana çıxacağı sual altındadır.
Qeyd edək ki, Lisenkovdan öncə Andrey Karpoviç, David Loriya və Murat Tleşev də zədələnmişdi

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0