Madrid “Real”ının müdafiəçisi Raul Asensio sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cəzalandırılıb.
Apasport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Hadisə avqust ayında Qran-Kanariyanın cənubunda baş verib. 23 yaşlı futbolçu “Porsche” markalı avtomobili idarə edərkən polis tərəfindən saxlanılıb. Onun qanında yol verilən normadan dörd dəfə artıq spirt aşkar edilib.
Asensio 14 400 avro məbləğində cərimələnib və 8 ay müddətinə sürücülük vəsiqəsindən məhrum olunub.
Qeyd edək ki, futbolçu yaxın günlərdə daha bir məhkəmə prosesində iştirak edəcək. Asensio və “Real”ın gənclər komandasının üç sabiq futbolçusu iki qadının iştirakı ilə çəkilmiş intim xarakterli videoları onların razılığı olmadan yaymaqda ittiham olunurlar.
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”