Miroslav Beranek: Əvvəl mətbuat konfransı, sonra açıq məşq
01.06.2011 - 20:41
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində növbəti rəqibi olan Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek sabah mətbuat konfransı keçirəcək. Apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, çexiyalı mütəxəssis milli komandamızla görüşəcəyi “Astana Arena”da yerli vaxtla saat 15:30-da (Bakı vaxtilə saat 14:30-da) jurnalistlər qarşısına çıxacaq. Saat 16:15-də isə Beranek komandasını həmin stadionda açıq məşqə çıxaracaq. Milli komandamız da sabah “Astana Arena”da açıq məşq keçəcək. Bu, rəqibimizin hazırlığı bitəndən sonra – saat 18:00-da başlayacaq. Millimizin almaniyalı baş məşqçisi Berti Foqts isə sabah 10:00-da mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, Qazaxıstanla Azərbaycan yığmalarının görüşü iyunun 3-də Bakı vaxtilə saat 18:00-da başlayacaq.
Mehman SÜLEYMANOV, Astana
Qeyd edək ki, Qazaxıstanla Azərbaycan yığmalarının görüşü iyunun 3-də Bakı vaxtilə saat 18:00-da başlayacaq.
Mehman SÜLEYMANOV, Astana
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0