Premyer Liqamızın təmsilçiləri üçün uğursuz gün
05.06.2011 - 11:31
Avro-2012-nin iyunun 4-də baş tutan seçmə oyunları Azərbaycan Premyer Liqasının təmsilçiləri üçün uğursuz olub. Apasport.az saytının məlumatına görə, Latviya milli komandasının İsraillə oyununda çempionatımızın 3 üzvü çıxış edib. “Bakı”nın baş məşqçisi Aleksandr Starkovun başçılıq etdiyi yığma öz meydanında 1:2 hesabı ilə uduzub. Bu matçda digər “latviyalılarımız” da iştirak edib. AZAL-ın müdafiəçisi Ritus Kryauklisin 90 dəqiqə oynadığı görüşdə “Qarabağ”ın üzvü Andrey Rubin yalnız son 19 dəqiqədə forma geyib.
Artıq “İnter”lə yollarını ayıran Filip Despotovski isə Makedoniya millisində məğlubiyyət acısı yaşayıb. O, komandasının İrlandiyaya evdə uduzmasının şahidi olub. Start heyətdə yer alan Filip 57 dəqiqə meydanda olub.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0