Almaniya yığması Bakıda tarixə düşdü
09.06.2011 - 15:21
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya milli komandasının Bakıda Azərbaycan yığmasına qarşı oynadığı heyət tarixə düşüb. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda Berti Foqtsun yetirmələrinə 3:1 hesabı ilə qalib gələn Bundestimin start heyətinin orta yaş həddi cəmi 23 olub.
Bu amili xüsusilə qeyd edən ekspertlər Almaniya yığmasının məhz gənc heyətə malik olmasını üstünlük sayırlar. Maraqlıdır ki, baş məşqçi Yoahim Lövün II hissədə meydana buraxdığı hər 3 futbolçu da gənc olub. Bütün bunları nəzərə alan mütəxəssislər Almaniya millisini artıq indidən nəinki Avro-2012-nin qalibi olmağa, bundan sonrakı beynəlxalq turnirlərin də əsas favoriti sayır.
Qeyd edək ki, Almaniya yığması qrup mərhələsində keçirdiyi 7 görüşün hamısını qələbə ilə başa vurub.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0