“Biz heç kimlə müqaviləni pozmamışıq”
10.06.2011 - 11:55
“Bolqarıstan mətbuatı çox şey yaza bilər. Onların yazdıqları düzgün deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov deyib.
Federasiya rəsmisi Bolqarıstanın qadınlar yığmasının baş məşqçisi Kristiyana Kolevanın müsahibəsinə münasibət bildirib. Əsgərov bildirib ki, onun dedikləri hamısı yalandır: “Bu mütəxəssis çox şey deyə və bolqarlar da onu yaza bilərlər. Lakin biz hələ nə Rumyana Petkova ilə müqaviləni pozmuşuq, nə Boyanka Kostovanı heyətimizə qatmışıq. Çünki milli komanda istirahətdədir. Federasiyamız heç bir rəsmi qərar verməyib. Bütün bu məsələlərə məzuniyyət başa çatdıqda – avqustun əvvəlində aydınlıq gələcək”.
Qeyd edək ki, Koleva qızı Petkovanın Boyanka Kostovanın Azərbaycan yığmasına cəlb edilməsindən sonra Bakı ilə vidalaşdığını deyib. O, ölkəmizdə bəzi bolqarıstanlı legionerlərin və hətta baş məşqçinin də vəziyyətinin yaxşı olmadığını vurğulayıb.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0