Azərbaycan yığmasının heyəti Malayziyada müzakirə ediləcək
14.06.2011 - 10:01
Bolqarıstandan Azərbaycana transfer olunan idmançıların keçidinə bir daha baxılacaq. Apasport.az-ın Bolqarıstan mətbuatına istinadən məlumatına görə, bu, Malayziyada gənclərin dünya çempionatı çərçivəsində baş tutacaq.
Belə ki, Beynəlxalq Ağır Atletika Federasiya yarışın gedişində - iyunun sonlarında öz konqresini keçirəcək. Həmin vaxt isə Azərbaycan və Bolqarıstan ağır atletika federasiyalarının da görüşü nəzərdə tutulub. Bu məqsədlə beynəlxalq qurumun prezidenti Tomaş Ayanın imzası ilə hər 2 federasiyaya rəsmi məktub göndərilib və onun də iştirak edəcəyi söhbətdə bütün məsələləri yoluna qoyulacağı nəzərdə tutulub. Görüşdə yığmamızdakı bolqar atletlərin taleyi bir daha müzakirə ediləcək.
Qeyd edək ki, Malayziyada keçiriləcək konqresdə rəhbəri Nedelço Kolev olan Bolqarıstan Ağır Atletika Federasiya da rəsmən tanınacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0