Fəridə Əzizova: Bu uğuru London Olimpiadasında da davam etdirməyə çalışacağam
30.06.2011 - 17:36
“London Olimpiadasına vəsiqə qazandığıma görə çox sevincliyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında 2012-ci il London Olimpiadasına vəsiqə qazanan azərbaycanlı taekvondoçu Fəridə Əzizova deyib. Bu gün Bakıda start götürən taekvondo üzrə 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən dünya təsnifat turnirində uğurlu çıxış edən Fəridə finala vəsiqə qazanmaqla, istəyinə çatdı.
Gənc idmançımız bu turnirə çox ciddi hazırlaşdığını bildirib: “Bu turnirə hazırlıq məqsədilə Qusarda 1 aylıq təlim-məşq toplanışında iştirak etdim. Döyüşlərimin hamısı çətin keçdi. Ən əsası, ¼ finalda rəqibi olan kanadalı idmançı Karen Serdjeli ilə görüşümü qeyd edə bilərəm. O, Pekin Olimpiadasının gümüş mükafatçısıdır. Yarımfinalda rəqibi olan Elin Yohanson da asan rəqib deyildi. Hər halda, Avropa çempionudur. Finala çıxmaqla Olimpiadasına lisenziya qazanaraq, xalqımızı sevindirə bildiyimə görə şadam. Bu uğuru həm finalda, həm də London Olimpiadasında davam etdirməyə çalışacağam”.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0