Ağakişiyeva London arzusunu təxirə saldı
03.07.2011 - 12:59
Bakıda taekvondo üzrə 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən dünya təsnifat turnirində sonuncu təmsilçimiz də mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində təşkil edilən bu mötəbər yarışın sonuncu günündə Azərbaycan milli komandasının heyətində Günay Ağakişiyeva (57 kq) tatamiyə çıxıb.
57 kq
Taekvondoçumuz 1/32 final mərhələsindən azad olduğundan ilk döyüşünü 1/16 finalda keçirib. Bu görüş Günay üçün həm də sonuncu olub. Livanlı Paola Andrea ilə qarşılaşan idmançımız 3:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, yalnız ilk 3 yeri tutacaq idmançı London-2012-yə vəsiqə qazanacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0