Azərbaycanlı boksçu London Olimpiadasına lisenziya qazandı
04.07.2011 - 12:54
Boks üzrə milli komandamızın üzvü Soltan Migitinov 2012-ci ildə keçiriləcək London Olimpiadasında iştirak edəcək. Apasport.az saytının məlumatına görə, boksçumuz WSB liqasının fərdi reytinqində 73 kq çəki dərəcəsində 2-ci olmaqla buna nail olub. O, Çin Xalq Respublikasında keçirilən final döyüşündə ukraynalı Sergey Derevyançenkoya uduzub.
Maraqlıdır ki, Ukrayna Boks Federasiyası Derevyançenkonu Yay Olimpiya Oyunlarına göndərməkdən imtina edib. Ukraynalılar planetin ən böyük yarışında 75 kq çəki dərəcəsində daha güclü boksçu ilə təmsil olunmaq niyyətindədirlər. Bu səbəbdən lisenziya fərdi yarışlarda 2-ci olmuş Migitinova verilib. Artıq Azərbaycan Boks Federasiyası (ABF) və Milli Olimpiya Komitəsinə (MOK) bu haqda rəsmi məlumat verilib. Qaydalara əsasən, sentyabrda Bakıda keçiriləcək dünya çempionatında 75 kq-da ölkəmizi heç kim təmsil etməyəcək.
Qeyd edək ki, bu Azərbaycanın London Olimpiadasına 4-cü lisenziyası olub. Soltanadək atlet Dmitri Marşin və taekvonduçarımız Fəridə Əzizova ilə Ramin Əzizov buna nail olmuşdular.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0