“Boks yığmamızın məqsədi London Olimpiadasına maksimum sayda lisenziya qazanmaqdır”
11.07.2011 - 13:03
“Hazırlığımız əla keçir. Bizim məşq etməyimiz üçün hər cür şərait yaradılıb. Bunun üçün komandamız adından Azərbaycan Boks Federasiyasının rəhbərliyinə öz təşəkkürümüzü bildiririk”. Bunu apasport.az saytına açıqlamasında boks üzrə Azərbaycan milli komandasının üzvü Elvin İsayev (60 kq) deyib.
Lənkəranda yığma komanda ilə bərpa hazırlığı keçən idmançımız bildirib ki, Bakıda keçiriləcək dünya çempionatında özünü yaxşı tərəfdən göstərməyi bacaracaq: “Avropa çempionatı ilə müqayisədə Bakıda keçiriləcək dünya çempionatına ən güclü boksçular gələcəklər. Kuba, Ukrayna və Rusiya yığmaları güclü olsalar da, bu, bizi qorxutmur. Əsas məqsədim yarışda uğur qazanmaqdır. İnanıram ki, lisenziya qazanmaqla yanaşı, fəxri kürsüdə də yer alacağam”.
İsayevin sözlərinə görə, Azərbaycan yığmasının bütün üzvləri hazırda əla formadadırlar: “Komandamızın məqsədi London Olimpiadasına maksimum sayda lisenziya qazanmaqdır. Bu uğuru qazandıqdan sonra isə Olimpiya Oyunlarında özümüzü sübut etmək istəyirik. Çünki hazırda millimiz çox güclüdür”.
Tahir HÜMMƏTOV

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0