Avropa birinciliyində 10 medal və 3-cü yer
18.07.2011 - 08:28
Rusiyanın Qroznı şəhərində məktəblilər arasında boks üzrə Avropa birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, komandamız yarışda 2 qızıl, 1 gümüş və 7 bürünc medal qazanıb.
Boksçularımızdan – Tayfur Əliyev (50 kq) və Rövşən Musayev (59 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hər iki boksçumuz finalda Rusiya nümayəndələrini məğlub ediblər. Əliyev İvan Kozlovskini, Musayev isə Matvey Dyomini üstələyib.
Daha bir Azərbaycan-Rusiya dueli isə 54 kq çəki dərəcəsində yaşanıb. Elvin Məhərrəmov həlledici görüşdə Boqdan Krayevə uduzaraq, gümüş medala sahib olub. Pərviz Quliyev (40 kq), Elməddin İsmayılov (44,5 kq), Sərxan Əliyev (46 kq), Həsən Abbasov (48 kq), Ənvər Qarayev (56 kq), Hüseyn Tarıverdiyev (62 kq) və Təbriz Hacızadə (68 kq) isə qitə birinciliyindən bürünc medalla dönüblər. Yarışa 14 boksçu ilə yollanmış yığmamız komanda hesabında 3-cü yeri tutub.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0