Yermaxan İbrahimov: Qazaxıstanın qələbəsinə Azərbaycan yığması mane ola bilər
25.07.2011 - 14:42
“Hər yarışda biz qızıl, gümüş və bürünc medallar qazanırıq. Odur ki, doğma divarlar arasında keçirilən turnirdə 1-ci yeri tutmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu boks üzrə Qazaxıstan milli komandasının meneceri, Sidney-2000-in qalibi Yermaxan İbrahimov deyib.
Olimpiya çempionunun sözlərinə görə, Astanada keçirilən yeniyetmələr arasında boks üzrə dünya birinciliyində əsas məqsədləri bütün yığmaları qabaqlamaqdır. Lakin İbrahimov bildirib ki, bu istəyin reallaşmasına bir neçə ölkənin yığmaları mane ola bilər: “Komanda hesabında 1-ci olmalıyıq. Bunda Rusiya millisi bizə əngəl törədə bilər. Ukrayna, Belarus, Almaniya və Azərbaycandan da çox yaxşı komandalar Astanaya gəliblər. Lakin biz qələbə uğrunda mübarizə aparacağıq”.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0