Dünya kubokuna yollanacaq heyət dəqiqləşdi
17.08.2011 - 16:12
Avqustun 20-21-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan milli komandasının heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, şəxsi yarışlarda ölkəmizi Zeynəb Cavadlı və Samirə Mustafayeva təmsil edəcək.
Qrup hərəkətləri üzrə turnirdə isə yığmamız Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Səbinə Abbasova, Yevgeniya Jidkova, Cəmilə Hüseynova və Aelita Xələfovadan ibarət komanda ilə xalçaya çıxacaq.
Qeyd edək ki, gimnastlarımız səfərə Marina Vasileva və Nadejda Xolodkovanın rəhbəriliyi altında yollanacaq. Sofiyada həmçinin, həmyerlimiz Natalya Bulanova ədaləti qoruyacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0