Millimizin ilkin heyəti açıqlandı
18.08.2011 - 11:08
Avqustun 21-28-də Polşada keçiriləcək ağır atletika üzrə Avropa birinciliyində iştirak edəcək Azərbaycan milli komandasının ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən mötəbər turnirinə yollanmağa 8 idmançı namizəddir.
Bunlar Allahyar Abuşov, Mansur Allahverdiyev (hər ikisi 50 kq), Paşa İbrahimli (56 kq), Elxan Əliquluzadə (62 kq), Ceyhun Tağızadə (69 kq), Tofiq Allahverdiyev, Turan Abdullayev (hər ikisi 77 kq) və Nailxan Nəbiyevdir (85 kq). Polşaya avqustun 21-də gedəcək yığmamız yekun qərarı 1 gün öncə verəcək.
Qeyd edək ki, komandanın baş məşqçisi Nizami Paşayevin atası dünyasını dəyişdiyindən yığma səfərə Xanlar Nəbiyevin rəhbərliyi altında yollanacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0