Avropa çempionatında 11 medal
27.09.2011 - 12:03
Rusiyanın paytaxtı Moskvada keçirilən parataekvondo üzrə ilk Avropa çempionatına yekun vurulub. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytının məlumatına görə, həmvətənlərimiz yarışda 11 medala sahib olublar.
Belə ki, yarışa yollanan 15 idmançımızdan 7 nəfəri final döyüşündə iştirak edib. Onlardan Nicat Müslümov (A6, 68 kq), Aleksandr Polişuk (A6, 80 kq) və Aynur Məmmədova (A8, 57 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bundan başqa, Namiq Abbasov (A5, 58 kq), Anar Hüseynov (A5, 68 kq), Vüsal İsmayılov (A6, +80 kq) və Cahangir Bayramov (A8, +80 kq) gümüş medal qazanıb. Daha 4 parataekvondoçumuz isə III yerə layiq görülüb. Bunlar Emin Nüsrətdinov, Sahib Xasıyev (A 6, 58), Rövşən Qəhrəmanlı (A 8, 58 kq) və Röyalə Fətəliyevadır (A 8, 49 kq).
Komanda hesabında isə millimiz kişilərin mübarizəsində 3-cü, qadınlar arasında isə 2-ci yeri tutublar.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0