Millimiz medal hesabını qızılla açdı
17.11.2011 - 00:10
Latviyanın paytaxtı Riqada pauerliftinqin WPC versiyası üzrə növbəti Dünya Çempionatı start götürüb. Apasport.az saytının xəbərinə görə, 50-yə yaxın ölkə idmançısının iştirak etdiyi yarışa federasiya prezidenti Ələddin Əliyevin rəhbərliyi altında 8 idmançı ilə yollanan yığmamız artıq medal hesabını açıb.
Millimizin yeganə qadın üzvü, 56 kq çəki dərəcəsində çıxış edən Rəna Əliyeva 3 hərəkətin cəmində (sinədən qaldırma, yerdən dartma və ştanqla əyilib-qalxma) 290 kq göstərici ilə bütün rəqiblərini qabaqlayıb və qızıl medala layiq görülüb. Qarşıdakı 2 gündə daha 4 idmançımız – ağır çəkidə yarışan Azər Əliyev, Eldar Məmmədov, Rüfət Ağayev və Hafiz Verdiyev mübarizəyə qoşulacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0