Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi paraatletika idman növü üzrə yeni istedadların aşkar edilməsi və əlilliyi olan şəxslərin idmana cəlb olunması məqsədilə Açıq Qapı Günü təşkil edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Sentyabrın 17-də Bakı Atletika Mərkəzində saat 12:00-dan 14:00-dək keçiriləcək tədbirdə 12-17 yaş aralığında olan iştirakçılar paraatletikanın qaçış, uzunluğa tullanma və nüvə itələmə növləri üzrə öz bacarıqlarını sınamaq, eləcə də mütəxəssislərin nəzarəti altında ilkin qiymətləndirmədən keçmək imkanı əldə edəcəklər.
Tədbirdə qolun dirsəkdən aşağı və ya yuxarı hissəsinin inkişafdan qalması yaxud amputasiyası, aşağı ətrafın inkişafdan qalması və ya amputasiyası, görmə məhdudiyyəti, cırtdanboyluluq və serebral iflici olan 12-17 yaşlı şəxslər iştirak edə bilərlər.
Milli Paralimpiya Komitəsi bu təşəbbüslə paraatletikanın kütləviləşdirilməsini, yeni istedadların üzə çıxarılmasını və gələcəkdə milli komandanın heyətinə cəlb oluna biləcək perspektivli idmançıların ehtiyat bazasının formalaşdırılmasını hədəfləyir.
- İlahə Quliyeva ABŞ-də keçiriləcək dünya çempionatına qatılacaq
- Azərbaycanlı məşqçi vəfat edib
- Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru təyin olunub
- Azərbaycan atleti U-18 Avropa çempionatında iştirak edəcək
- Azərbaycanın 10 atleti Balkan çempionatında mübarizə aparacaq