80 dəfə dünya rekordu təzələyən məşhur idmançı öldü
25.11.2011 - 18:10
Ağırlıqqaldırma üzrə ikiqat olimpiya (1972, 1976), 8 qat dünya çempionu, SSRİ-nin əməkdar idman ustası və məşqçisi Vasili Alekseyev vəfat edib. Lent.az-ın məlumatına görə, Alekseyev Almaniyanın Münhen şəhərinin klinikasında dünyasını dəyişib.
Vasili İvanoviç Alekseyev idmançı karyerası ərzində 80 dünya, 81 SSRİ rekordu müəyyənləşdirib. O, üç hərəkətin cəmində 645 kq nəticə göstərib. Hazırda ağırlıqqaldırmanın üçnövçülük növündə rəsmi yarışlar keçirilmədiyindən, Alekseyevin rekordunu qırmaq mümkün olmayacaq. Gələn il yanvarın 7-də məşhur idmançının 70 yaşı tamam olacaqdı. Onun yubileyi şərəfinə böyük bayram şənliyi təşkil hazırlanıbmış.
Qeyd edək ki, Vasili Alekseyev 2010-cu il fevralın 19-dan 26-dək Azərbaycanda səfərdə olub. Lent.az onun səfəri zamanı dahi idmançıdan müsahibə götürmüşdü.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0