7 boksçumuz Avropa çempionatına yollanır
06.12.2011 - 14:41
Dekabrın 11-də Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatı start götürəcək. Boks Federasiyasından apasport.az saytına verilən xəbərə görə, “Krokus-Siti” sarayında keçiriləcək yarışda milli komandamızın 7 üzvü iştirak edəcək.
Rusiya paytaxtında Kamran Məlikov, Elnur Zeynalov, Salman İbrahimov, Şaban Şahpələngov, Yolçu Zeynalov, Rauf Rəhimov və Fərid Paşayev rinqə çıxacaqlar.
Qeyd edək ki, Rauf Rəhimov bu il İrlandiyanın paytaxtı Dublində keçirilmiş gənclər arasında Avropa birinciliyində qızıl medala layiq görülüb. Kamran Məlikov və Şaban Şahpələngov da həmin yarışda iştirak etsələr də, mükafatçılar sırasına düşə bilməyiblər.
Şahpələngov 2010-cu ildə Bakıda təşkil olunmuş gənclər arasında dünya birinciliyinin qalibidir. Turnirdə Ceyhun Abıyev ölkəmizi hakim kimi təmsil edəcək. Avropa çempionatına dekabrın 15-də yekun vurulacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0