Trabzonda 26 lisenziya öz sahibini tapacaq
24.01.2012 - 11:06
Türkiyənin Trabzon şəhərində keçiriləcək boks üzrə Olimpiya oyunlarına lisenziya xarakterli Avropa kvalifikasiya turnirinə 3 aydan da az vaxt qalıb. Apasport.az saytının məlumatına görə, artıq AİBA qardaş ölkədəki yarışda neçə lisenziya qazanılacağını açıqlayıb.
Trabzondakı turnirdə cəmi 26 boksçu London Olimpiadasına vəsiqənin sahibi olacaq. Azərbaycan Trabzon turnirində 49, 56, 60, 69 və 81 kq çəki dərəcələrində təmsil olunacaq. 69 kq çəki dərəcəsində mübarizə aparacaq boksçumuzu Olimpiadaya vəsiqə qazanmaq üçün daha çətin sınaq gözləyir. Belə ki, bu çəki dərəcəsində yalnız finalçılar Londona yollanmaq şansı əldə edəcəklər. 81 kq-da isə ilk 3 yerin sahibləri Olimpiadaya lisenziyaya yiyələnəcəklər. 49 kq çəki dərəcəsində mübarizə aparacaq boksçumuzun digərlərinə nisbətən işi daha asan olacaq. Bu çəkidə ilk 5 yeri tutan idmançılar Londona gedə biləcəklər. 56 və 60 kq çəki dərəcələrində 1-4-cü yeri tutan boksçular Olimpiadada iştirak edəcəklər.
Xatırladaq ki, Bakıda keçirilmiş dünya çempionatında 92 idmançı planetin ən böyük yarışında iştirak etmək hüququ qazanmışdı.

Qitələr üzrə | ||||||
|---|---|---|---|---|---|---|
| Çəki dərəcəsi | Afrika | Amerika | Asiya | Avropa | Okeaniya | CƏMİ |
| 49 kq | 6 | 3 | 0 | 5 | 1 | 15 |
| 52 kq | 6 | 2 | 4 | 3 | 1 | 16 |
| 56 kq | 5 | 4 | 3 | 4 | 1 | 17 |
| 60 kq | 6 | 4 | 1 | 4 | 1 | 16 |
| 64 kq | 6 | 5 | 4 | 1 | 1 | 17 |
| 69 kq | 6 | 5 | 3 | 2 | 1 | 17 |
| 75 kq | 5 | 5 | 5 | 1 | 1 | 17 |
| 81 kq | 4 | 4 | 3 | 3 | 0 | 14 |
| 91 kq | 2 | 3 | 1 | 1 | 1 | 8 |
| +91 kq | 2 | 3 | 1 | 2 | 1 | 9 |
| CƏMİ | 48 | 38 | 25 | 26 | 9 | 146 |
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0