“İnter” nizam-intizamla və istəklə oynayan komandadır”
26.01.2012 - 09:23
“İlk hissə gözəl alındı. Hər iki komanda da texnika baxımından gözəl oyun sərgilədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Konya Şəkərspor” klubunun baş məşqçisi Mustafa Çapanoğlu deyib.
O, Bakının “İnter” klubu ilə Antalyada keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “İkinci hissədə hər iki komandada dəyişiklik edildi. Matçda qapımıza 3-cü qol vurulduqdan sonra toparlandıq və matç bitənədək hər iki komanda mübarizə apardı. Hazırlıq matçı olmasına baxmayaraq, liqa matçı kimi istəkli oynadılar. Mənə görə hər iki komanda üçün yaxşı hazırlıq matçı oldu. “İnter” nizam-intizamla və istəklə oynayan komandadır və irəlidə komandaya uğurlar arzulayıram”.
Qeyd edək ki, bakılılar Türkiyə təmsilçisini 3:2 hesabı ilə məğlub ediblər.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0