Teymur Rəcəbov iddiaçıların turnirində oynayacaq
10.02.2012 - 11:49
Beynəlxalq Şahmat Federasiyası (FİDE) iddiaçıların turnirinə ev sahibliyi edəcək şəhərin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, FİDE prezidenti Kirsan İlyumjinov mötəbər yarışın növbəti mərhələsinin oktyabrın 23-dən noyabrın 13-nə kimi Londonda keçiriləcəyini bəyan edib.
Turnirin təşkilatçısı iş adamı Endryu Polson tərəfindən yaradılan “Aqon” şirkəti olacaq. FİDE ona kişilər arasında növbəti dünya çempionatının yaxın mərhələlərinin də keçirilməsinin bütün hüquqlarını da həvalə edib.
İddiaçıların siyahısında isə ən güclü şahmatçımız olan Teymur Rəcəbov da yer alıb. Belə ki, dünya reytinqində 5-ci olan qrossmeysterimizlə yanaşı, turnirdə Maqnus Karlsen (Norveç), Levon Aronyan (Ermənistan), Vladimir Kramnik, Petr Svidler, Aleksandr Qrişuk (hamısı Rusiya), Vasili İvançuk (Ukrayna), habelə mayda şahmat tacı uğrunda oynayacaq Vişvanatan Anandla (Hindistan) Boris Gelfand (İsrail) duelinin məğlub olanının da çıxış edəcəyi dəqiqləşib.
Rəcəbov turnirin təşkilatçılarının nominantı kimi təqdim olunub.
Qeyd edək ki, iddiaçıların turnirinin ev sahibliyinə Azərbaycan və Bolqarıstan da namizəd idi. Lakin Aronyan İlyumjinova və FİDE-nin Prezident Şurasının üzvlərinə məktubunda bildirmişdi ki, yarış Bakıda təşkil edilərsə, iştirak etməyəcək.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0