Yığmamız üçün Las Veqas sınağı
16.02.2012 - 16:08
Azərbaycanın taekvondo üzrə milli komandası Dünya Taekvondo Federasiyasının (WTF) daha bir “G2” kateqoriyalı yarışında - ABŞ açıq çempionatında (“US Open”) iştirak edəcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, idmançılarımız fevralın 21-24-də Las Veqasda beynəlxalq turnirə koreyalı mütəxəssis, məşqçi Con Conqbay və qadınlardan ibarət yığmanın baş məşqçisi Sunmi Parkın rəhbərliyi altında yollanacaqlar.
Komandamızın heyətinə London-2012-yə lisenziya qazanmış Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) ilə yanaşı, Fariz Əliyev (68 kq), İlkin Şahbazov (74 kq), Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Aygül Abdullayeva (53 kq), Günay Ağakişiyeva (57 kq) və Səbinə Mikayılova (62 kq) daxil edilib.
Qeyd edək ki, qarşıdakı yarış London Olimpiadasına vəsiqə qazanmış bir çox idmançıların iştirakı baxımından da böyük maraq doğurur. Turnirin qalibləri beynəlxalq reytinqlərinə 20 xal, mükafatçılar isə müvafiq olaraq, 15 və 10 xal əlavə edəcəklər.
Fevralın 18-də səfərə çıxacaq taekvondoçularımız Vətənə ayın 27-də dönəcək.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0