Güləşçilərimiz beynəlxalq turniri 4 qızıl və 7 bürünc medalla başa vurdular
17.02.2012 - 11:06
Ukraynanın paytaxtı Kiyevdə sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən həm sərbəst, həm də qadın güləşi üzrə Azərbaycan milli komandalarının üzvləri ümumilikdə 4 qızıl və 7 bürünc medal əldə ediblər.
Belə ki, turnirin ikinci günündə güləşçilərimiz 3 qızıl və 3 bürünc medal qazanıblar. Qızıl medalları Aleksandr Qostiyev (74 kq), Patimat Baqomedova (51 kq) və Nadya Sementsova (67 kq) əldə ediblər. Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 60 kq) və Novruz Temrezov (96 kq) isə bürünc medalla kifayətləniblər.
Xatırladaq ki, Kiyevdə keçirilən turnirin ilk günündə güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanmışdılar.
Beləliklə, böyüklərdən ibarət yığma komandanın məşqçisi Aslan Ağayev və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Arif Abdullayev rəhbərlik etdiyi sərbəst güləşçilərimiz 1 qızıl və 5 bürünc, baş məşqçi Rövşən Umudov və böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında qadın güləşçilərimiz isə 3 qızıl və 2 bürünc medalla Vətənə qayıdıblar.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0