Yığmamız Dağıstana yollanır
11.12.2012 - 17:06
Dekabrın 13-15-də Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında Ümumrusiya ənənəvi beynəlxalq turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda yeniyetmələrdən ibarət Azərbaycan yığması da iştirak edəcək.
Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında yığmamız sabah Dağıstana yola düşəcək. Heyətdə 12 güləşçi yer alıb. Sabutay Əmişov (42 kq), Nihat Bağırzadə, Elvin Namazov, Mahal Novruzov (hamısı 46 kq), Mahir Əmiraslanov (50 kq), Məhəmməd Həsənzadə (58 kq), Məhəmmədəli Əliyev (63 kq), Loğman Ağayev (69 kq), Turxan Qurbanov, Rüstəm Hacıbəyov (hər ikisi 85 kq), İqbal Hacızadə və Sadiq Ağamalıyev (hər ikisi 100 kq) ölkəmiz turnirdə təmsil edəcək.

- "Bakı–Xankəndi" veloyarışına bu gün yekun vurulacaq
- Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
0
0