Deniz Güllə razılıq əldə olundu - RƏSMİ
01.09.2026 - 13:55
Deniz Güllə razılıq əldə olundu - RƏSMİ

“Qalatasaray” “Porto”nun hücumçusu Deniz Daniel Gülü heyətinə qatmağa yaxındır.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı futbolçunun transferi ilə bağlı həm oyunçunun özü, həm də Portuqaliya klubu ilə rəsmi danışıqlara başladığını açıqlayıb.

Türkiyə təmsilçisi bununla bağlı İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) da bildiriş göndərib.

Qeyd edək ki, 2004 təvəllüdlü futbolçunun “Qalatasaray”a mümkün keçidinin maliyyə detalları klub tərəfindən hələ açıqlanmayıb.